Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rowen Japan-dan Toyota Land Cruiser

“Toyota Land Cruiser 200” tamamlanmasına çox diqqətlə yanaşmaq lazım olan yolsuzluq avtomobilərindən biridir. Lakin, seriya avtomobillərinin dizaynı ilə təcrübə aparmağa adət etmiş “Rowen Japan” Yaponiya tüninq atelyesi bu böyük lyuks avtomobilinin yeni obrazı ilə bizi təəccübləndirmək istədi.

Avtomobilin xarici görünüşünü kardinal surətdə dəyişmək üçün tünerlər banın aqressiv asmasını və  yeni təkər dəsti hazırladılar. Bütün bunlar diodlu gün işıqları və səsli buraxılış sıstemi ilə tamamlanıb.

Yeni staylinq-kit özünə yeni bamper, yanlarda ayaqaltılar, arxa bamperdə diffuzor və beşinci qapının əlavə aşağı spoylerini daxil edir. Daha sonra xırda detallar, Yaponiya istehsalçısının yeni emblemi, pəncərələrdə deflektorlar və Rowen isimliyi quraşdırılıb.

Həm qabaq, həm də arxa bamperdə əlavə diodlu komponentlər meydana gəlib. Yolsuzluq avtomobilinin fərdi idman üslubunu yanlardan ensiz zolaqlar, Nitto şinləri geynmiş Work təkər diskləri və daha alçaq səslə daha güclü V8 mühərriki təmin edən PREMIUM01S qazçıxma sisteminin dörd oval borusu nəzərə çarpdırır.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Land Cruiser, Rowen Japan 14.01.2015

Şərhlər


AD