Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes pilotsuz konsept təqdim etdi

Sürücüsüz avtomobillər – bizim yaxın gələcəyimizdir: geniş kütləyə sürücüsü olmayan avtomobil təqdim edən “Mercedes-Benz” konsernindəki alman mühəndislər buna əmindirlər. Avtomobil özü hərəkətdə olan digər nəqliyyat vasitələri, piyadalar və yol infrastrukturu ilə informasiya mübadiləsi edir.

“Daimler AG”-nin direktorlar şurasının sədri Diter Tsetçenin sözlərinə görə 2030-cu ilədək insanın ən böyük zinəti onun şəxsi məkanı və vaxtı olacaq ki, bunlar da onlara sürücüsü olmayan “Mercedes-Benz” avtomobillərini təkmilləşdirməyə imkan verəcəklər.

“Mercedes F 015 Luxury In Motion” oturacaqların tənzimlənməsi sistemi ilə təchiz edilib. Avtomobildə oturacaq sərnişinlərin sayına görə daha rahat məkan yaratmaq mümkün olacaq.

Avtomobilin salonunda 6 ekran var ki, onlar cihazlar panelinə qoşulublar, avtomobilin funksiyalarını isə səs və jestlərlə idarə etmək mümkün olacaq. Lazer proyektorlar yol barədə məlumat verir: məsələn, avtomobil özü yoldakı piyadaların hərəkətinə nəzarət edəcək, onu proqnozlaşdıracaq və hərəkət zamanı maneələri müəyyən edəcək.

“Mercedes-Benz F 015 Luxury in Motion”-ın güc qurğusu 135-güclü iki elektrik mühərrikindən ibarətdir. Onun enerji ehtiyatı 1100 km məsafəyə bəs edəcək. Bu ehtiyatın 200 km-ni isə adi elektrik rozetkasından doldurula bilən tökmə-ion akkumulyator təmin edəcək.

Qalan 900 km isə hidrogen yanacaq hesabına ödənilir. Futuristik konseptin maksimal sürəti 200 km/saatdır. 100 km/saata isə o, 6,7 saniyəyə sürətlənir.

AUTO.AZ



Şərhlər


AD