Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac idman sedanı təqdim etdi

“Cadillac” şirkətin tarixində ən güclü seriya modeli olan yeni nəsil “yüklənmiş” arxa ötürücülü sedan “CTS-V”-ni rəsmən təqdim etdi. “Amerikalı” “BMW M5” və “Mercedes-Benz E63 AMG” ilə rəqabət aparacaq. Yeniliyin rəsmi təqdimat mərasimi isə yanvarda Detroyt avtosalonunda keçiriləcək.

Yeni “CTS-V”-nin kapotunun altına Chevrolet Corvette Z06”-dan mexaniki kompressor və bilavasitə buraxılışı olan “LT4 seriyalı 6,2 litrlik V8 quraşdırılıb. Əvvəlki “CTS-V”-nin mühərriki 556 a.g. və 747 Nm fırlanma anı verirdisə, yeni avtomobilin mühərriki 640 a.g. və 855 Nm fırlanma anı verir.

“Cadillac” hələ bundan güclü heç nə buraxmayıb! Altıpilləli avtomat sükanaltı “ləçəkləri” olan səkkiz diapazonlu avtomatik sürət qutusu ilə dəyişdirilib. Yeni supersedan 96 km/saata 3,7 saniyəyə sürətlənir ki, bu da əvvəlkindən 0,2 saniyə tezdir. Maksimal sürət – 322 km/saatdır.

Xarici göünüşcə “CTS-V”-ni daha aqressiv aerodinamik asma, böyük hava çıxışı, “əyri” karbon kapot və kiçik gözlü radiator barmaqlığı ilə tanımaq olar. genişləndirilmiş qanadlar, “dördlüləli” qazçıxma və lehimli disklərə keçirdilmiş qabaqdan 265/35 ZR19, arxadan isə 295/30 ZR19 ölçülü Michelin Pilot Super Sport şinləri görünüşü tamamlayır.

Mühərrikin artan potensialı altında asılqan, sükan idarəetməsi və arxa təkərarası “özü bloka düşənin” işi tamamlanıb, həmçinin banın sərtliyi 25% artırılıb. Həmçinin yeni “CTS-V” gücləndirilmiş yarımoxlar, güclü Brembo əyləcləri və sərtliyi 40 % tez artıran yenidən tarazlanmış Magnetic Ride Control adaptiv amortizatorları əldə edib. Dörd rejimdə (Tour, Sport, Track və Snow) işləyəcək dartma sistemi də yenidən yüklənib.

Salonda – yeni idman dəri – zamşa Recaro oturacaqları, karbon qoymalar, həmçinin 12,3 düymlük sensorlu displeyi olan CUE multimediya kompleksi var. Sedan, həmçinin “Bose” stereosistemi və treklərdə telemetriyanı yazmağa imkan verən “Performance Data Recorder” sistemi ilə təklif ediləcək. “Cadillac CTS-V”-nin satışı 2015-ci ilin yay mövsümündə başlayacaq və qiyməti həmin vaxta bir qədər qalmış bəlli olacaq.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac CTS 27.12.2014

Şərhlər


AD