Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rowen Japan tüninqində Mercedes A-Class

“Rowen Japan” Yaponiya tüninq atelyesi bu yaxınlarda W176 banında hetçbek “Mercedes A-Class” üçün hazırladığı stayliq-kiti təqdim etdi. Tünerlər premial kompakt avtomobilin üçüncü nəslini avtotüninq jurnallarının üzündəki avtomobillərə oxşar ediblər.

Belə avtomobillərə parlaq ifadə edilmiş ban asması və böyük diametrli təkər diskləri məxsusdur. Bundan əlavə şəkildə təqdim olnan avtomobil bəzi əlavə aksesuarlar və bir sıra texniki yeniliklər əldə etdi.

Böyük hava çıxışları və splitteri olan yeni qabaq bamper hetçbekin xarici görünüşünə aqressivlik verdi. Yanlarda ətəklər quraşdırıldı, dama isə zavod spoylerindən başqa böyük palçıqqoruyucu yerləşdirildi. Yenidən işlənmiş arxa bamperdə böyük diffuzor və qazçıxma sisteminin ikiləşmiş oval titan ucluqları meydana gəldi.

“Mercedes A-Class” qabaqdan diodlu hərəkət işıqları və arxa fənərlərin “kirpikləri”, həmçinin KW şirkətinin detalları olan aşağı salınmış asılqan və aşağı profilli Bridgestone Potenza 225/35 şinləri olan 19 düymlük Prodrive diskləri ilə öyünə bilər.

Belə bodi-kit minimum 387 000 yen (3270 dollar), yeni qazçıxma minimum 290 000 yen (2450 dollar), hərəkət işığı zolağı isə 16 000 yen (135 dollar) qiymətləndirilib.

AUTO.AZ



Şərhlər


AD