Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes-Benz G63 6×6

Üçoxlu pikap “Mercedes G63 6×6”-nın adi mülki avtomobillər arasında yüksək səviyyəli keçiciliyə malik olduğuna baxmayaraq, “Brabus” atelyesində bu yolsuzluq avtomobili hər yerdə gedə bilən avtomobilə çevirməyə çalışdılar və onun üçün tüninq-paket hazırladılar.

Lakin yolsuzluqla hərəkət etməyə hazırlanmış alman pikapı həmin möhtəşəm brutal avtomobil olaraq qalır. Avtomobilin qiyməti yarım milyon avrodur.

Böyük pikap qabaq fənərlərin mühafizəsindən başqa karbon qanadlar, yenidən işlənmiş arxa bamper, damda projektorları olan yük yeri, ban günlüyü və çay keçidlərində mühərrikin dayanmasnın qarşısını alan şnorkel əldə etdi.

Bundan başqa, daha enli yan ayaqaltıları, əlavə mühafizə plastinləri quraşdırılıb və asılqan tamamlanıb. Hərəkət zamanı şinləri doldurma kompressoru nəticəsində deşilmə qorxulu deyil.

Tünerlər hətta 5,5 litrlik V8 mühərrikinin məhsuldarlığını 700 a.g.-nə çatdırdılar və pikapın daxilini yenilədilər.

AUTO.AZ



Şərhlər


AD