Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi ən sürətli hetçbek göstərdi

“Audi” şirkəti yeni nəsil “yüklənmiş” hetçbek “RS3 Sportback”-i təqdim etdi. Yeniliyin ictimai debütü Cenevrə avtosalonunda keçiriləcək. Avtomobil satışa 2015-ci ilin yazında çıxarılacaq.

“RS3 Sportback” şəklidəyişmiş qabaq bamper, fərqli radiator barmaqlığı, böyük palçıq qoruyucular, aşağı salınmış hərəkət işığı zolağı və qara cilalı diffuzoru olan yeni arxa bamper əldə etdi.  Bundan başqa, avtomobil ikili qazçıxma sistemi və 19 düymlük yüngül lehimli təkər diskləri ilə fərqlənir.

Avtomobilin salonu Nappa dərisi ilə işlənib. Hetçbek idman oturacaqları, yeni sükan və paslanmayan poladdan alüminium pedallar əldə etdi. Avtomobilin kapotunun altında 2,5 litrlik benzin mühərriki quraşdırılır. Mühərrikin gücü 367 a.g. və 465 Nm fırlanma anı təşkil edir.

Bu seriya hetçbeklərinə quraşdırılmış ən güclü mühərrikdir. Güc qurğusu yeddipilləli S tronic sürət qutusu və Quattro tam ötürücü sistemi ilə birgə işləyir. “RS3 Sportback” alman markasının ən sürətli hetçbeki oldu. Yeniliyin maksimal sürəti – 250 km/saatdır. Avtomobil ilk “yüzə” 4,3 saniyəyə sürət yığır.

AUTO.AZ



teqlər:
Audi, Audi RS3 19.12.2014

Şərhlər


AD