Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Ferrari-ni “Sercio” adlandırdılar

“Ferrari” şirkəti cəmi altı nüsxə buraxılacaq eksklüziv superkar “Pininfarina Sergio”-nun şəkillərini yayımladı. Motorun verdiyi məlumata görə, yenilik Sercio Pininfarinanın xatirəsinə həsr olunub.

Superkar “Ferrari 458 Speciale”-nin bazasında düzəldilib və 605 a.g. verən 4,5 litr həcmli 8-silindrli atmosfer mühərriki və yeddipilləli robotlaşdırılmış sürət qutusu ilə təchiz olunur. “Sergio” 100 km/saata təqribən 3 saniyəyə sürət yığır. Alıcıları “Ferrari” şirkəti ən sadiq müştərilərinin arasından seçib.

Bəzi məlumatlara görə, “Ferrari Sergio”-nun ilk sahibi ərəb şeyxi olub. Avtomobil ona Əbu-Dabidə seriya avtomobilinin təqdimat mərasimi zamanı təqdim olunub. Eksklüziv “Ferrari”-nin rəsmi qiyməti barədə məlumat verilmir. Belə avtomobilin qiymətinin təqribən üç milyon avro olacağı güman edilir. Lakin bu qiymətə baxmayaraq, hər altı avtomobil artıq satılıb.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari Sergio 16.12.2014

Şərhlər


AD