Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ceyms Bondun yeni avtomobili

Artıq yarım əsrdir ki, agent 007 “Aston Martin” avtomobillərindən istifadə edir: 1964-cü ilin “Qoldfinger” filmində Ceyms Bond ilk dəfə bu Britaniya avtomobilinin sükanı arxasına oturdu.

Hal hazırda Bondiananın “Spectre” adlanan, “Ruh” kimi tərcümə olunacaq, yeni seriyası başlanır. Bondun kiçik “Fiat 500”-ü də sürəcəyinə baxmayaraq, onun əsas avtomobili “Aston Martin DB10” olacaq.

Bu kupe xüsusilə film üçün hazırlanmış səhnə şou-karıdır. Lakin, yəqin ki, indiki kupe “DB9” Bondianadakı avtomobilə oxşayacaq. Filmdə konveyerə çıxmazdan əvvəl “Aston Martin DBS”, “BMW”-nin “Z3” və “Z8” modelləri və həmçinin “Ford Mondeo” göstərilib.

Məhz buna görə markanın pərəstişkarları filmdəki “DB10”-u diqqətlə gözdən keçirirlər. Bu avtomobil “Aston Martin”-nin tarixində yeni dövr açacaq. “Onluq” yeni platformada düzəldiləcək və yeni mühərriklər əldə edəcək (bu “Ford”-dan V12 atmosfer mühərrikinin yerinə “Mercedes-AMG”-dən V8 biturbo mühərrikləri olacaq).

Xarici görünüş də dəyişiləcək. “DB10” dizaynerlərin necə işlədiyindən ilkin məlumat verir.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin DB10 16.12.2014

Şərhlər


AD