Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Supreme Power tamamlamasında Audi S4

ABŞ-da yeni “Audi S4” alıclarının bir hissəsi bu avtomobili kökləmək üçün planlı şəkildə alır. Aşağıda tanış olacağınız avtomobilin sahibi də istisna deyil. Bu orta ölçülü alman sedanı “Supreme Power” atelyesinə verilib.

Avtomobilin sahibinin istədiyi məqsədə çatmaq üçün tünerlər bəzi texniki və kosmetik yeniliklərlə kifayətləndilər. İlk növbədə standart təkərlərin yerinə Vorsteiner şirkətinin 20 düymlük boz V-FF diskləri qoyuldu.

Diskləri aşağı profilli “Michelin Pilot SuperSport 255/30” şinlərinə “büküb” yüklənmiş avtomobilin altını Ohlins TTX  koyloverləri vasitəsi ilə yerə yaxınlaşdırdılar.

Bundan başqa avtomobil Ecode fənərləri əldə etdi. 3,0 litrlik V6 benzin mühərrikinin faydalı iş əmsalını artırmaq üçün Kaliforniya tünerləri AWE Tuning Stage 2 proqram təminatından istifadə edərək elektron idarə etmə blokunu yenilədilər.

Nəticədə güc 488 a.g., fırlanma anı isə 583 Nm-dək artdı (yarış yanacağının istifadəsi zamanı nazim çarxın ölçülərinin nəticələri).

AUTO.AZ



teqlər:
Audi, Audi S4, Supreme Power 16.12.2014

Şərhlər


AD