Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari ən güclü sportkar təqdim etdi

“Ferrari” şirkəti rəsmi surətdə “FXX K” adlı ilk sportkarını təqdim edib. Avtomobilin debütü dekabrın əvvəllərində Abu-Dabidə olacaq. Qeyd edək ki, əvvəlcə yenilik “LaFerrari XX” adı daşıyırdı.

Şirkət ümumilikdə 30 superkar istehsal edəcək. Yeniliyin qiyməti 2,5 milyon avro olacaq. Avtomobil yalnız trek üçün nəzərdə tutulub. Avtomobil böyük palçıq qoruyucusu, ikiqat qaz buraxma sistemi, əlavə qabaq hava çıxıntıları və qabaq spoyler alıb.

Bundan əlavə, yenilik yeni asılqan və təkmilləşdirilmiş elektrik sistemlərlə də təchiz ediləcək. “FXX K”-in kapotu altında 6,3-litrlik V12 mühərriki quraşdırılacaq. Mühərrik 1050 a.g. verəcək. Avtomobil ilk “yüzlüyə” 3 saniyədən də tez sürətlənəcək, maksimal sürət isə 350 km/saat olacaq.

Xatırladaq ki, Britaniyanın “McLaren” şirkəti “FXX K”-nin əsas rəqibi olacaq yeni superkar “McLaren P1 GTR Design Concept”-i təqdim etdi. Avtomobilin debütü Pebbl-Biçdəki zəriflik müsabiqəsində keçiriləcək.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari FXX 10.12.2014

Şərhlər


AD