Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Wraith 707 a.g.-lü mühərrik alıb

“Novitec Spofec” tüninq-atelyesi kupe “Rolls-Royce Wraith”-ın yeni modifikasiyasını təqdim edib. Avtomobil dəyişilmiş qabaq bamper, yeni kandarlar, karbon lifindən arxa spoyler və “Pirelli” şinləri keçirilmiş 22-düymlü təkər diskləri alıb.

Avtomobilin kapotu altında V12 tvin-turbo mühərriki quraşdırılacaq. Mühərrikin gücü 707 a.g. və 986 Nm fırlanma anı olacaq. Avtomobil ilk “yüzlüyə” 4,2 saniyəyə sürətlənəcək. Maksimal sürət isə 250 km/saatdır.

Bundan əlavə, “Rolls-Royce”-da üstü açılan “Wraith” versiyasını buraxacaqlarına da vəd ediblər. Kabrioletin təqdimatı 2016-cı ilə planlaşdırılır. Hazırda yeniliyin prototipi tam məxfi şəraitdə yoxlamadan keçirilir.

Hələlik texniki məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə, avtomobil 6,6-litrlik 632 a.g. verəcək V12 mühərriki alacaq. 0-dan 100 km/saata 4,6 saniyəyə sürətlənəcək.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Wraith, Novitec 10.12.2014

Şərhlər


AD