Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann-dan BMW 3-Series Touring

Alman şirkəti “Hamann Motorsport” yeni F31 banında olan universal “BMW 3-Series Touring” üçün avtomobili vizual olaraq idmansayağı edəcək və bəzi texniki hissələrini daha da yaxşılaşdıracaq tüninq proqram hazırlayıb.

Staylinq-dəsti nadir konstruksiyalı təkər diskləri ilə tamamlayacaqlar, salonu bəzi aksessuarlarla bəzəyəcəklər, mühərrikin səsini daha da yaxşılaşdıracaqlar və avtomobilin yumşaqlığını qurban verib idarəetməsini idmansayağı edəcəklər.

Qabaq bamperdə səliqəli quraşdırılmış splitter, arxa bamperdə aşağı əlavə və buradakı qazburaxma sisteminin iki cüt paslanmayan boruları zavod istehsalı olan “M Sport” asmasını dəyişəcək.

Təkər diskləri “Anniversary Evo”, “Edition Race”, “Evo Black Line” versiyalarında olacaq və onların hər biri universalın eskteryerini daha da eksklüziv edəcək. “BMW 3-Series Touring”-in klirensini maksimum 30 mm aşağı salmaq mümkün olacaq.

Avtomobilin salonunda alüminium pedallara, qapıların aşağı hissəsində üzərində alman tünerinin loqotipi olan işıqlara rast gəlmək olar.

Həmçinin istənilən mühərrikin çip-tüninqinin də mümkün olduğu bildirilir.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, Hamann 06.12.2014

Şərhlər


AD