Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABT yeni Audi TT-ni təkmilləşdirib

Alman tüninq-atelyesi ABT kupe “Audi TT”-nin yeni nəsli üçün ilk tamamlanma proqramını təqdim etdi. Mühərrikin idarəetmə blokunun yenidən proqramlaşdırılması və idman qaz buraxma sisteminin quraşdırılması sayəsində 2-litrlik baza mühərrikinin gücünü 230-dan 310 a.g.-ə qədər artırmaq mümkün olub.

Proqram, həmçinin 184-güclü 2-litrlik dizel mühərrikinin təkmilləşdirilməsi üçün də nəzərdə tutulub. Lakin bu mühərrikin gücünün nə qədər olacağını ABT hələlik bildirmir.

TT-nin mümkün təkmilləşdirilmə siyahısına, həmçinin aerodinamik asmanın quraşdırılması, asılqanın aşağı salınması və “Continental” şinləri olan 20-düymlük təkər diskləri daxildir.

Hələlik yalnız mühərrikin təkmilləşdirilməsinin qiyməti məlumdur – bu, 2349 avrodur. Bütün elementləri, o cümlədən mühərrikin təkmilləşdirilməsi üçün lazım olacaq elementləri ayrı-ayrı sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Audi, Audi TT, Abt 06.12.2014

Şərhlər


AD