Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes ən kiçik universal təqdim etdi

“Mercedes-Benz” şirkəti rəsmi olaraq yeni avtomobilini – “CLA Shooting Brake”-i təqdim etdi. Ən kiçik universalın satışı gələn ilin martından başlayacaq.

Avtomobil “A-Class”-ın bazasında yığılıb. Markanın tarixində ilk qabaq ötürücülü universalın uzunluğu 5630 mm, eni 1777 mm, hündürlüyü isə 1435 mm-dir.

Baqajın həcmi 495 litrə bərabərdir. Baqaj bölməsinin ümumi uzunluğu 1328 mm-dir. Xarici görünüşdə “CLA Shooting Brake” universal “CLS”-in qısaldılmış surətini xatırladır.

Avtomobilin mühərrik qammasına 122-dən 156 a.g.-ə qədər gücü olan 3 benzin aqreqat daxildir. Bundan əlavə, iki dizel mühərrik də var. Onların gücü 136 və 211 a.g.-dür.

“Mercedes-Benz CLA Shooting Brake” gücləndirilmiş versiya da alıb. Bu avtomobilin kapotunun altında turboyükləyicili 2,0-litrlik benzin mühərrik dayanır.

Mühərrikin gücü 360 a.g. və 450 Nm fırlanma anıdır. İlk yüzlüyə avtomobil 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLA 03.12.2014

Şərhlər


AD