Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 670-güclü hibrid təqdim etdi

“BMW” şirkəti yeni “Edrive” hibrid sistemi olan “5-Series GT”-nin prototipini nümayiş edib. Aqreqatların ümumi gücü 670 a.g. və 1015 Nm fırlanma anıdır. Avtomobil 4-silindrli 2,0-litrlik benzin mühərriklə təchiz edilir. Mühərrikin gücü 228 a.g.-dür. Bundan əlavə, “Edrive” sisteminə birdəfəlik 2 elektrik mühərriki daxildir. Elektrik mühərriklərinin gücü 201 və 268 a.g.-dür.

Elektrik mühərrikləri 20 kVt-lıq ion akkumulyatordan enerji alır. Buna baxmayaraq, yanacaq çəninin həcmi 70 litrdən 30 litrə qədər azalıb. Şirkətdən bildirirlər ki, “BMW 5-Series GT” dolu enerji ilə 600 km məsafə qət edə bilər.

“BMW” avtomobilləri 2017-ci ildən yeni hibrid sistemi ilə təchiz ediləcəklər. Qeyri-rəsmi məlumatlara görə, “Edrive” sistemi olan ilk seriyalı avtomobil tamötürücülü yolsuzluq avtomobili X7 olacaq.

Avtomobil “7-series” sedanla eyni platformanı bölüşəcək. Yeni yolsuzluq avtomobili Cənubi Karolinadakı zavodda istehsal ediləcək. Bazarda modelin əsas rəqibi isə “Mercedes-Benz GL” və “Audi Q7” olacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series 03.12.2014

Şərhlər


AD