Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Maharaja Phantom Drophead Coupe-ni təqdim

Bakı – 28 noyabr 2014-cü il. Xüsusi sifarişlə yeganə nüsxədə istehsal olunmuş yeni “Rolls-Royce Maharaja Phantom Drophead Coupe” avtomobil modelinin təqdimatı Dubay salonuna gəlişi münasibəti ilə təşkil edilmiş Hindistan mövzulu gecədə keçirilib.

Hindistanın “Qızıl əsr”inə həsr olunmuş bu möhtəşəm model “Rolls-Royce” şirkəti ilə Hindistan arasında mövcud olan əlaqələrin şərəfinə hazırlanıb. Yüz il əvvəl Hindistan şahzadələri və maharacaları özləri üçün “Rolls-Royce” avtomobillərini sifariş etməyə başlamış və bu münasibət hazırda bir avtomobil şirkəti ilə ola biləcək ən davamlı iş birliyi kimi dəyərləndirilir.

Son əlli il ərzində maharacalar dizayn, mühəndislik və lyuksun bənzərsizliyini əks etdirən 840 unikal “Rolls-Royce” avtomobili əldə ediblər. İndi isə “Rolls-Royce Motor Cars” şirkəti Hindistanın avtomobil sahəsinin qızıl çağını maharacaların avtomobillərindən ilhamlanaraq hazırladığı yeni model ilə canlandırır.
Yeni “Rolls-Royce Maharaja Phantom Drophead Coupe” modelini fərqləndirən cəhətləri – zümrüd rəngli yan xətlər ilə tamamlanan parıltılı ağ rəng və Hindistanın qədim rəmzi sayılan tovuz quşunun emblemidir.

Salonun dizaynında açıq krem rəngli dəri, ağac və yaşıl çərçivələrdən istifadə olunub. Tovuz quşu emblemi eləcə də oturacaqların baş hissəsində yer alıb. Dizaynı mavi elementlərdə əks olunan və üzərində tovuz quşu şəkili olan saat tamamlayır. Üstü açılan bu modelin texniki göstəricilərində dəyişiklik yoxdur. Avtomobil həcmi 6,75 litr (460 at gücü) olan 12-silindirli mühərriklə və 8-pilləli avtomatik sürətötürücü qutu ilə təchiz olunub.

“Maharaja Phantom Drophead Coupe” modeli “Rolls-Royce” avtomibillərinin zirvəsi hesab edilir. O, dünyanın ən yaxşı avtomobilini istehsal etmək niyyəti ilə yaradılıb və kompromis qəbul etməyən nəqliyyat vasitəsi kimi dizayn olunub. “Bespoke” proqramı vasitəsilə sifarişçi üçün fərdiləşdirmə xüsusiyyətini nəzərə alınsa, nəticədə əldə olunan avtomobil özündə müasir lyuks motorun interpretasiyası və elitanın bir nömrəli seçimini əks etdirir.


Mətbuat üçün əlaqə:
Yaxın Şərq, Afrika və Latın Amerikası
Camal Əl-Maved
+971 56 1717883
jamal.almawed@rolls-roycemotorcars.com

Azərbaycan
Nicat Mustafayev
+994 55 2551417
nmu@redcom.az

“Rolls-Royce Motor Cars Baku” salonunun ünvanı:
Ə. Əlizadə küçəsi, 5, Bakı, Azərbaycan, AZ1001
Tel: +994 12 4932574
Mob: +994 50 2454078
www.press.rolls-roycemotorcars.com



Şərhlər


AD