Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes C-Class

Alman atelyesi “Brabus” AMG-Line paketli sedan “Mercedes-Benz C-Class”-ı tamamlayıb. Mütəxəssislər seriyalı avtomobil üçün daha aqressiv ban asması, eksklüziv konstruksiyalı disk dəsti və 4-borulu səsboğucu seçiblər.

Bununla yanaşı, “Brabus” güc aqreqatlarının məhsuldarlığını artırmağı və asılqanın tamamlanması sayəsində avtomobilin idarəetməsini yaxşılaşdırmağı təklif edir. Salonun yenlənməsi üçün sadə elementlərdən istifadə edilib.

Avtomobil daha idmansayağı görünmək üçün qabaq bamperin aşağı hissəsində splitter, baqaj qapağında ensiz spoyler, arxa bamperdə diffuzor, xrom qazburaxma boruları alıb.

“Brabus” emblemi və 18, 19 və 20-düym ölçülərində yüngüllehimli disklər sedanın fərdi üslubunu vurğulayır. Ən böyük disklər 225/35 və 255/30 ölçülərində şinlərə bürünə bilərlər.

Klirensi 30 mm aşağı salmaq üçün tünerlər qısaldılmış yaylar quraşdıracaqlaq, pnevmo asılqanlı “Airmatic” versiyasında isə idarəetmə blokunu yenidən proqramlaşdıracaqlar.

Çip-boks “Mercedes C180”-ın gücünü 177 a.g.-ə qədər artıracaq, C200 modifikasiyası isə 225 a.g., 330 Nm verəcək ki, bu da onu 100 km/saata 7 saniyəyə sürətləndirəcək.

AUTO.AZ



Şərhlər


AD