Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini yeni superkarın bir hissəsini göstərdi

Yeni Lamborghini-nin rəsmi təqdimatına bir aydan da az vaxt qalıb. İtalyan superkar istehsalçısı yeni avtomobilin ilk tizerini təqdim etdi. Ancaq, bu illustrativ şəkilə baxanda, avtomobilin necə görünəcəyini anlamaq mümkün deyil. Ona görə də deyilən sözə inanmalı olacağıq – bizim gözümüzün önündə yeni Lamborghini-nin bir hissəsidir. Bu, altı görüntüdən biridir, 30 sentyabrda, məhz Paris avtosalonu açılan gün daha 5 illistrativ görüntü məlum olacaq.

İlkin məlumata görə, Murcielago modelinin yerinə gələcək yeni model Jota adlanacaq. Bu avtomobil, 700-750 a.g. (öncəki Murcielago modeli 640 a.g. və ya 670 a.g. olan mühərrikə malikdir) olan, on ikisilindirli mühərrikin köməkliyi ilə hərəkətə gələcək.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Murcielago 07.09.2010

Şərhlər


AD