Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey Performance-dan Jaguar XFR-S

Möhtəşəm və idmansayağı Britaniya sedanı “Jaguar XFR-S” amerikan tüneri “Hennessey Performance”-ın emalatxanasında əlavə güc alıb. “HPE650” paketi elə seriyalı modeldə də pis nəticə göstərməyən 5,0-litrlik V8-in məhsuldarlığını çox artırıb.

Kosmetik yeniliklərə gəldikdə isə demək olar ki, bu layihədə onlar mövcud deyillər, belə ki, tüninqin əsas vəzifəsi sürət xarakteristikasını yaxşılaşdırmaq olub.

Kompressorlu mühərrikin məhsuldarlığını artırmağa elektrik idarəetmə blokunun yenidən proqramlaşdırılması və hava buraxma sisteminin təkmilləşdirilməsi sayəsində nail olunub. Nəticədə, maksimal gücü 100 at – 550-dən 650 a.g.-ə qədər artırmaq mümkün olub.

Avtomobilin sürət göstəricilərinin hansı yolla dəyişdirildiyi dəqiqləşdirilmir, lakin xatırladaq ki, baza modeli yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənirdi. Maksimal sürət isə 300 km/saat idi.

Üzərində “Hennessey Performance” yazılmış lövhəcikləri kapotun altında, banın müəyyən hissələrində və salonda görmək olar.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XF, Hennessey Performance 27.11.2014

Şərhlər


AD