Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

RevoZport Tesla Model S R-Zentric-i təqdim etdi

Çinin “RevoZport” tüninq-şirkəti elektriklə işləyən 5-qapılı sedan “Tesla Model S”-in satışdansonra tənzimlənməsi üçün şəxsi paketini təqdim edib. Avtomobilin yalnız kompüter şəkillərinin təqdim edilməsinə baxmayaraq, təkcə daxili bazarda deyil, həm də Avropa və Avstraliyada məşhur olan asiyalı tüninq mütəxəssisləri artıq öz emalatxanalarında amerikan elektrokarını qarşılamağa hazırdırlar.

Tamamlanma işləri yeni dizayn və əlavə ləvazimatların quraşdırılması ilə nəticələnəcək. Ekoloji cəhətdən təmiz avtomobilin daha idmansayağı və aqressiv görünməsi üçün onu aerodinamik ban asma “R-Zentric” ilə təchiz edəcəklər.

Karbon bodi-kitə qabaq bamperdə splitter rolunu oynayacaq əlavə, yan ətəklər, 40 mm-lik təkər arkaları genişləndiriciləri, arxa bamperdə diffuzor, baqaj qapısında elə də böyük olmayan spoyler daxildir.

“Tesla Model S”-in cazibədar bəzəyi ölçüləri qabaqda 22x9,5, arxada isə 22x11 düym olan çoxmilli “Klassen ID Forged” diskləri olacaq. Alçaq profilli enli şinlər (arxa oxda 295 mm) elektromobilin idman xarakterini vurğulayır.

Salon üçün karbon dekor elementləri və mərkəzi tonnelə bərkidilmiş “Ipad Mini” üçün tutacaq sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model S, Revozport 27.11.2014

Şərhlər


AD