Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Acura sedan ILX-i yeniləyib

“Audi” şirkəti restaylinq olunmuş sedan “ILX”-i təqdim etdi. Yenilik Los-Ancelesdəki motor-şouda debüt edib və gələn ildən satışa çıxarılacaq. Yenilik fərqli bamper, dəyişilmiş radiator barmaqlığı, diodlu “Jewel Eye” fənərləri, yeni arxa fənərlər və 17-düymlük təkər diskləri alıb.

Bundan əlavə, sedanın xüsusi variantını - “SPEC”-i də əldə etmək mümkün olacaq. Bu variantda yenilik duman əleyhinə fənərlər, idman yan ətəkləri, spoylerlər və 18-düymlük yüngüllehimli disklərlə təchiz ediləcək.

Sedanın kapotu altında 2,4-litrlik benzin mühərrik quraşdırılır.  Mühərrik 201 a.g. və 243 Nm fırlanma anı verir və o, ikiqat muftası olan yeni 8-pilləli sürət qutusu ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
Acura, Acura ILX 25.11.2014

Şərhlər


AD