Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes ən möhtəşəm sedanını təqdim etdi

Almanlar “Maybach”-a sakit “ölməyə” imkan vermirlər. Bir müddət əvvəl bu markanın limuzini çox pis satılırdı və indi “Mercedes-Benz” rəhbərliyi o hadisəni yada salmaq da istəmir. Lakin “Maybach” lövhəcikləri sakit “tozlanmayacaqlar” – ondan yenicə təqdim edilmiş “S-class” modifikasiyasında istifadə ediblər.

Alman markasının dəbdəbəli sedanının yeni versiyası bir dəfəyə iki sərgidə - Los-Anceles və Quancou sərgilərində təqdim edilib və ikili ad alıb - “Mercedes-Maybach”.

Lakin demək olmaz ki, yeni model əvvəlkindən bahadır. Sadəcə modifikasiya üzərində iş zamanı sedanı daha böyük və rahat ediblər. Xatırladaq ki, “S-class”da əvvəl də bir-birindən uzunluğu və təkər bazası ilə seçilən iki variant var idi.

“Mercedes-Maybach” üçüncü oldu və o, 20 sm daha uzundur. Qapılar isə əksinə bir qədər qısa hazırlanıb və bunun sayəsində arxada oturan sərnişinlər demək olar ki, az görünəcəklər.

Arxa oturacaqlar daha rahat olublar. Dirsəkaltının içində mini-bar yerləşdirilə bilər. Burada salona ətir sıçradan sistem də var (ətir də xüsusi sifariş əsasında hazırlanır).

“Mercedes”-in marketoloqları “Maybach S-Class”-ın alıcılarını ən güclü və bahalı mühərrik almağa məcbur etmirlər. Yenilik S500 (455 a.g. olan 4,7-litrlik V-şəkilli turboyükləyicili “səkkizlik”) və S600 (530 a.g. olan 6-litrlik ikiqat turbinli V12) versiyaları ilə təqdim edilir.

“Mercedes-Benz” bu yeniliyi dünyanın ən sakit seriyalı sedanı adlandırır, lakin, eyni zamanda, avtomobili qabaq və arxa oturacaq sərnişinlərinin bir-birləri ilə əlaqə saxlamaları üçün səsucaldan sistem ilə təchiz ediblər.

AUTO.AZ



Şərhlər


AD