Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“PAŞA Həyat” yaranmasının 4 illiyini  qeyd edir

Bu gün Azərbaycanın həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti yaranmasının 4 illiyini qeyd edir.

2010-cu ilin noyabr ayının 24-də Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin həyat sığortası bazarının inkişafına öz töhfəsini verə biləcək şirkət - “PAŞA Həyat” yaradılıb.

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” şirkəti 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub. Şirkət Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

Yaranmasından az bir müddət – 4 il keçməsinə baxmayaraq, şirkət düzgün strategiya tətbiq etməsi nəticəsində öz yüksək inkişafı ilə sığorta bazarının lider şirkətləri sırasına qatılıb. Fəaliyətinin 4 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artırıraraq 40,250 mln. manata çatdırıb. Məhz bu inkişafın nəticəsi olaraq, “PAŞA Həyat” kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

Biznes göstəricilərinə gəldikdə isə, həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan “PAŞA Həyat” bu ilin yanvar-oktyabr aylarında 35,142 mln. manat həcmində sığorta haqqı ilə ölkə sirkətləri sırasında ilk üçlükdə qəraralaşıb. Qeyd olunan dövr ərzində şirkət 2,456 mln. manat həcmində sığorta ödənişləri həyata keçirib.

Ötən 4 il müddətində “PAŞA Həyat” uğulu fəaliyyəti nəticəsində bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. Fəaliyyətinin ilk illərindən başlayaraq həyata keçirdiyi sosial layihələr sayəsində “PAŞA Həyat” ictimai əhəmiyyətli qurum imicini qazanıb.

Hazırda “PAŞA Həyat” öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan

Tel:     (+99412) 567 32 36
Faks:  (+99412) 567 32 39
Mob:    (+99455) 252 41 10

E-mail:  office@pasha-life.az
www.pasha-life.az



24.11.2014

Şərhlər


AD