Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford ən güclü Mustang-ın sirrini açdı

“Ford” şirkəti rəsmən kupe “Shelby GT350 Mustang”-ın “yüklənmiş” versiyasını təqdim etdi. Konsernin mühəndislərinin sözlərinə görə, avtomobil markanın tarixində ən güclü maslkardır. Yeniliyin ictimai debütü Los-Ancelesdə motorşouda keçiriləcək.

Yeniliyin kapotunun altına 5,2 litrlik V8 atmosfer mühərriki quraşdırılır. Mühərrikin gücü 500 a.g. və 542 Nm fırlanma anı təşkil edəcək. Mühərrik altıpilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Avtomobil Torsen sürtmə differensialı ilə təchiz olunur. Onun texniki xarakteristikaları daha sonra məlum olacaq.

“Shelby GT350 Mustang” aerodinamik asma, Michelin Pilot Super Sport şinləri olan 19 düymlük təkər diskləri, karbon radiator barmaqlğı, arxa diffuzor, həmçinin Brembo əyləc mexanizmləri əldə edib. Salonun daxilində Recaro idman oturacaqları quraşdırılır.

Sportkarın top modifikasiyası 426 a.g. verən 5,0 litrlik V8-lə təchiz olunur. Həmçinin avtomobil EcoBoost ailəsinin 309 a.g. faydalı iş əmsalı olan 2,3 litlrik turbolaşdırılmış aqreqatı ilə komplektləşdiriləcək.

“Mustang”-ın hər iki versiyası həm “mexanika” həm də “avtomatla” təqdim olunacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang 22.11.2014

Şərhlər


AD