Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen Tiguan yeni versiya əldə etdi

“Volkswagen” şirkəti məşhur kompakt krossover “Tiguan”-nın yeni modifikasiyasını təqdim etdi. Avtomobil benzinlə işləyən 2,0 litrlik TSI mühərriki əldə etdi. Mühərrikin gücü 170 a.g. təşkil edir. Mühərrik altıpilləli avtomatik sürət qutusu və 4MOTION tam ötürücü ilə birgə işləyir. Krossover artıq rəsmi dilerlərdə sifariş üçün əlverişlidir.

Yenilik Pakat parçası ilə örtülmüş qabaq öturacaqlar, 3-milli sükan dairəsi və cihaz panelində Anthracite Metallic dekoru ilə fərqlənir. Bamperlər, xarici güzgülərin korpusları və qapıların dəstələri avtomobilin banı rənginə boyanıb, avtomobilin aşağı hissəsi çınqıldan müdafiyə sisteminə malikdir.

Avtomobilin baza komplektasiyasına Climatronic avtomatik kondisioneri, çoxfunksiyalı displey Plus, quraşdırılmış CD-pleyeri və МР3 farmatı olan RCD 310 radiosistemi, elektromexaniki sükan gücləndiricisi və qabaq oturacaqların qızdırıcısı daxildir.

Trend&Fun versiyası həmçinin 122 və 150 a.g. verən 1,4 litrlik benzin mühərrikləri ilə təklif olunur.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Tiguan 22.11.2014

Şərhlər


AD