Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Scion yeni hetçbekin sirrini açdı

Yaponiya konserninin Amerika bölməsi olan “Scion” şirkəti “iM” adlı ketçbekin konseptinin sirrini açdı. Avtomobilin ictimai debütü Los-Anceles motorşousunda keçiriləcək.

Konsept “iM” “Toyota Auris”-in analoqudur, lakin daha çox idman dizaynı ilə fərqlənir. Avtomobil enli yan astanalar, böyüdülmüş təkər yarımhalqaları, aşağı salınmış asılqan, 19 düymlük təkər diskləri və damda spoyler əldə etdi.

Qeyri-rəsmi məlumata görə, avtomobilin kapotunun altında 1,8 litrlik benzin mühərriki qquraşdırıla bilər. Mühərrikin gücü 132 a.g. və 170 Nm fırlanma anı təşkil edəcək. “Toyota Auris”-ə də belə bir güc qurğusu quraşdırılır.

Bundan başqa, “Scion” Amerika şirkəti yeni sedanın istehsalına başlayıb. Yeniliyin əsası “Mazda2”-nin yeni nəslinin modul platformasıdır. Lakin ilkin məlumatlara görə, yaxın gələcəkdə “Scion” şirkəti dünya bazarına bir neçə yeni model də əlavə edəcək. Bunlara krossover və kabriolet “FR-S” daxildir.

Xatırladaq ki, yeni brend “Scion” 2003-cü ildə meydana gəlib. Bu gənc-idman markasının məşhur dövrü 2006-cı ilə təsadüf edir. O zaman 173 min avtomobil satılmışdı.

AUTO.AZ



teqlər:
Scion, Scion iM 18.11.2014

Şərhlər


AD