Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

CR Supercars-dan Ford Mustang Fastback

ABŞ yollarında əvvəlki kimi yenə də ilk “Ford Mustang”-a oxşar masl-karlar görmək olar. Bu avtomobillərin heç də hamısı orijinal deyil, belə ki, müasir texnologiyalara və təhlükəsizlik tələblərinə uyğun olaraq tünerlər onların idarəetməsini və məhsuldarlığını artırmalı olurlar. Beləliklə, 1968-ci ilin fastbek “Mustang”-nı təkmilləşdirərkən “CR Supercars” şirkəti də “Villain” adlı yeni layihəsini təqdim etdi.

“Mustang Fastback” tamamilə sökülüb yenidən yığıldı və artıq yeni ban detallarından istifadə edilib. Elementlərin çox hissəsi yüngül materiallardan hazırlanıb və forması ilə fərqlənir. Lakin sportkarın bildiyimiz silueti saxlanılıb. Banın tamamilə yenilənmiş qabaq hissəsində yalnız dairəvi fənərlər qalıb ki, onlar orijinala oxşayır və diodlu işıqlarla, müasir linzalarla təchiz ediliblər.

Profil və arxa hissə əvvəlki kimi qalıb, lakin burada da bəzi yeniliklər görmək olar. Banın parlaq narıncı rənginə qara aksentlər qatılıb, o cümlədən 18-düymlük qara “Forgeline” diskləri quraşdırılıb. Tünerlər köhnə mühərrik əvəzinə “Ford Mustang Villain”-i “Ford Racing” idman bölməsinin 5.0-litrlik “Coyote V8” mühərriki ilə təchiz ediblər.

420-güclü mühərrik 6-pilləli, “Centerforce” muftası ilə təchiz edilmiş “T-56 Magnum” mexaniki sürət qutusu ilə birgə işləyir. Böyük sürətdə özünü daha inamlı hiss etmək üçün amerikan kupesinə tənzimlənən koyloverlər və güclü “Wilwood” əyləcləri əlavə ediblər (bütün təkərlərdə 14-düymlük əyləc diskləri və 6-porşnli supportlar quraşdırılıb).

Daxili bəzəyin də orijinallığını qoruyub saxlamaq məqsədilə “CR Supercars” mütəxəssisləri yalnız üzlük materialları yeniləməklə, idman oturacaqlarını 5-nöqtəli təhlükəsizlik kəmərləri ilə montaj etməklə, sükanı dəyişdirməklə və arxa divanın yerində poladdan təhlükəsizlik karkası quraşdırmaqla kifayətləniblər. Cihazlar paneli də bir sıra dəyişikliyə məruz qalıb.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang, CR Supercars 18.11.2014

Şərhlər


AD