Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yeni ATS-V-nin sirrini açdılar

Şəbəkədə “Cadillac ATS-V Coupe”-nin rəsmi şəkilləri göründü. Yeniliyin təqdimat mərasimi Los-Anceles motorşousunda keçirilməlidir. Satışa isə “Cadillac ATS-V Coupe” gələn ildən tez buraxılmayacaq. Avtomobilin bazarda əsas rəqibi “BMW M4” olacaq.

Yenilik xromlaşdırılmış radiator barmaqlığı, qabarıq kapot, splitter, qeyri-standart yan ətəklər, arxa spoyler və qara yüngül lehimli disklər əldə edəcək. Qeyri-rəsmi məlumata görə, “Cadillac ATS-V Coupe”-nin kapotunun altında 3,6 litrlik tvin-turbo V6 mühərriki quraşdırılır.

Mühərrikin gücü 450 a.g. təşkil edir. Avtomobil həmçinin arxa ötürücü əldə edəcək. Seçim kimi tam ötürücülü modifikasiya da əlverişli olacaq. Xatırladaq ki, 2015-ci ilədək “Cadillac” ATS-i yeniləməyi planlaşdırır.

Avtomobilin qabaq hissəsi dəyişəcək, restaylinqdən sonra banın yeni rənglənmə variantları əlverişli olacaq. Salonda mühüm dəyişikliklər olmayacaq. Yeni bəzək variantları, həmçinin rahatlıq və təhlükəsizliyi yaxşılaşdrımaq üçün bir sıra yeni sistemlər meydana gələcək.

Avtomobil baza komplektasiyasında Siri texnologiyası əldə edəcək. Bu texnologiya mobil vasitəni səs vasitəsilə idarə etməyə imkan verir və qəbul edilmiş mətn məlumatlarını oxuyur.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac ATS 15.11.2014

Şərhlər


AD