Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti uzadılmış QX50 hazırlayır

Lyuks brend “Infiniti” Çində “QX50”-in yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır. Şirkətin təmsilçilərinin sözlərinə görə, yenilik uzadılmış təkər bazası əldə edəcək.

Sirr deyil ki, Çində uzadılmış təkər bazası olan avtomobilləri xoşlayırlar. “Infiniti” bundan istifadə edib 80 mm uzadılmış təkər bazası olan krossover “Infiniti QX50”-ni təqdim etdi.

Bundan başqa, avtomobil yeni radiator barmalığı, yenilənmiş fənərlər və qabaq bamper, panoramlı dam və bir sıra maraqlı seçimlər əldə edəcək. Standart versiyada “Infiniti QX50 LWB”-nin kapotunun altında 232 a.g. verən 2,5 litrlik V6 mühərriki yerləşir.

Yenilənmiş model 346 a.g. verən 3,7 litrlik V6-ya malikdir. Alıcılar həmçinin arxa və tam ötürücü arasında seçim edə biləcəklər. Avtomobil Quançjou avtosalonunda tamaşaçılara rəsmən təqdim olunacaq.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti QX50 15.11.2014

Şərhlər


AD