Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda yeni Legend təqdim etdi

“Honda” şirkəti bəzi ölkələrdə “Acura RLX” adı ilə satılan “Legend” sedanının beşinci nəslini rəsmən təqdim etdi. Yenilik əsasən Yaponiyada satış üçün nəzərdə tutulub. Avtomobilin başqa bazarlara çıxarılması barədə hələlik məlumat yoxdur.

Avtomobil tərkibinə 3,5 litrlik V6 benzin mühərriki, üç elektrik mühərriki və iki muftalı yeddipilləli robotlaşdırılmış sürət qutusu daxil olan hibrid güc qurğusu ilə təchiz olunub. Güc qurğusunun ümumi gücü – 382 a.g. və 461 Nm fırlanma anı təşkil edir.

Avtomobilin uzunluğu 4982 mm, eni 1890 mm, hündürlüyü 1465 mm, kütləsi isə 1980 kq-dır. Sedan diodlu fənərlər, Krell Industries audiosistemi və multimediya sistemi əldə edib. Bundan başqa sedan “Legend” Sensing adlı xüsusi sürücüyə kömək sistemi ilə komplektləşdirilib.

Sedanın satışları gələn il yanvarın 22-də başlanacaq.

AUTO.AZ



teqlər:
Honda, Honda Legend 15.11.2014

Şərhlər


AD