Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Maserati Ghibli-ni tamamladı

“Novitec Tridente” şirkəti dördqapılı kompakt kupe “Maserati Ghibli”-nin satışdan sonrakı tamamlama proqramını təqdim etdi. Tüninq-paketin əsas tərkibi güc qurğusu sırasında benzin və dizel mühərriklərinin apqreydi oldu. Bundan başqa, alman tüninq mütəxəssisləri premial İtaliya avtomobilinin sahiblərinə 3120 avroya banın aerodinamik asmasının yeni hissələri və 3980 avroya 22 düymlük dəbli disklər təklif edəcəklər.

Mühərrikdən asılı olaraq qoşulması ilə birgə Novitec N-Tronic çip-boksu minimum 1290 avroya olacaq və mühərrikin faydalı iş əmsalını artırmağa imkan verəcək. Əvvəllər 250 a.g. verən 3,0 litrlik turbodizel V6 indi 301 a.g. verə biləcək. Həmin mühərrikin daha güclü 275 a.g. verən versiyası tamamlamadan sonra 3800 d/dəqiqədə 322 a.g. və 2200 d/dəqiqədə 680 Nm fırlama anı verəcək.

Bu mühərrik 8-pilləli “avtomat”-la birgə  avtomobili 100 km-ə 5,6 saniyəyə sürətləndirə biləcək ki, bu da əvvəlkindən 0,7 saniyə tezdir. “Ghibli S” və “Ghibli S Q4” (tam ötürücü) kimi altısilindrli benzin tvin-turbo mühərriki olan daha güclü modifikasiyalar tünerlərin müdaxiləsindən sonra məhsuldarlıqlarını 410 a.g.-dən 476 a.g.-dək və 1700-4900 d/dəqiqədə 590 Nm-dən 640 Nm-dək artıracaq.

Maraqlıdır ki, belə xarakteristikalarla dəbli sedan sportkar dinamikasına malik olacaq. Məsələn, tam ötürücülü versiyada ilk yüzə sürətlənmək üçün 4,4 saniyə lazım olacaq. Maksimal hərəkət sürəti isə 294 km/saat (seriya modelinə +10 km/saat) təşkil edəcək. Xaricdən qabaq bamperin splitteri, astanaların qoymaları və yük yerinin qapağının spoyleri avtomobili idman üslubunda edəcək.

Bu detallar karbon lifindən hazırlana və rəngsiz parladıla bilər. 30 mm aşağı salınmış asılqan, bir neçə rəngdə əlverişli olan müxtəlif enli disklər və qabaq oxda 255/30 və arxa oxda 315/25 ölçülü aşağı profilli Pirelli P Zero şinləri “Maserati Ghibli”-nin idarəetməsini yaxşılaşdırıb onun idman üslubunu tamamlayacaq.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Ghibli, Novitec 12.11.2014

Şərhlər


AD