Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai premial sedan təqdim etdi

Cənubi Koreyanın “Hyundai” şirkəti tamamilə yeni premial sedan göstərdi. Yenilik “Aslan” adını aldı. Bu Klayv Lyuisin “Narniya Səlnamələri” silsilə kitablarındakı şirin adıdır. Yeniliyin qyməti 37 000 dollardan başlanır. Əvvəlcə sedanı yalnız daxili bazarda satmaq planlaşdırılmışdı. Lakin şirkətdə yaxın vaxtlarda avtomobil ABŞ və Çində satışa çıxarılacağını da istisna etmirlər. “Aslan”-ın Rusiya bazarında satılıb satılmayacağı hələlik məlum deyil.

Sedan markanın sırasında “Grandeur”-dan yuxarı yeri tutdu. Avtomobil zəngin komplektasiyalar və geniş seçim dəsti əldə edib. Yenilik sayəsində “Hyundai” alman avtomobil istehsalçıları ilə rəqabət aparmağı planlaşdırır. Cənubi Koreya bazarında premial sedanlar tələb olunur, yeni avtomobil boşluğu tamamlayacaq.

Avtomobilin mühərrik qamması 3,0 litrlik və 3,3 litrlik V6 GDi mühərrikləri ilə təqdim olunur. Bütün mühərriklər altıpilləli avtomatik sürət qutusu ilə birgə işləyir. Xatırladaq ki, əvvəlcə avtomobil “Hyundai AG” adlanırdı. İlk dəfə sedan mayın axırında Cənubi Koreyada keçirilən avtoşouda göstərilmişdi.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Aslan 12.11.2014

Şərhlər


AD