Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yenilənmiş krossover Q3-ü göstərdi

“Audi” şirkəti gələn ilin əvvəlində yenilənmiş “Q3”-ün Avropa satışlarına başlayacaq. Krossover tamamlanmış eksteryer dizaynı, modernləşdirilmiş mühərrik qamması, daha rahat şassi və bir sıra yeni seçimlər əldə edib.

Yenilənmiş krossoveri fərqli baş optikası (standartda ksenon və seçim kimi diodlu), tamamlanmış bamperlər, modernləşdirilmiş diodlu arxa fənərlər və bir az şəklidəyişmiş radiator barmaqlığı ilə tanımaq olar.

“Audi Q3”-ün asılqanının yüksək sürətdə daha rahat olduğu iddia edilir. Bununla belə yenilənmiş krossover – 18 mm alçaq və 5 mm uzun olub. “Audi Q3” əvvəlki kimi 1,4 və 2 litrlik beş benzin və dizel mühərrikləri ilə təchiz olunur.

Lakin “Audi” mühəndisləri onların 17% qənaətli və 10 a.g. güclü olduğunu deyirlər. Ən qənaətli dizel 2 litr həcmdə 100 km yola 4,4 litr yanacaq sərf edir. 1,4 litrlik benzin mühərrikinin minimal yanacaq sərfi 5,5 litr təşkil edir.

Bu Cylinder on Demand texnologiyası sayəsində mümkün olub. Bu zaman elektronika silindrlərin bir hissəsini söndürə bilir.

AUTO.AZ



teqlər:
Audi, Audi Q3 12.11.2014

Şərhlər


AD