Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

360 Elite Motorworks-dan Lexus NX F Sport

“360 Elite Motorworks” tüninq-şirkətinin köməyi ilə “Lexus” şirkəti SEMA 2014 avtomobil şousu üçün unikal krossover “NX 200t F Sport”-u hazırladı. Əsas aksent eksteryerin dizaynının dəyişilməsinə yönəldi.

Bunun üçün avtomobilə idman üslubunda olan bodi-kit və daha böyük ölçülü təkər diskləri geyindirdilər. Banı parlaq narıncı “Molten Pearl” rənginə boyadılar və avtomobilin idman xarakterini hiss etdirən bir neçə texniki yenilik əlavə etdilər.

Artisan Spirits aerodinamik asması “Leksus” markasının ən kompakt yolsuzluq avtomobilinə yeni splitter, qabaq bamperə şaquli hərəkət LED-işıqları, yan ətəklər, daha enli təkər yarımhalqaları, beşinci qapının əlavə spoylerini və arxa bamperə böyük diffuzor gətirdi.

Tonlaşdırılmış şüşələr, tündləşdirilmiş fənərlər və çoxlu sayda qara detallar banın əsas rənginə kontrast təşkil edir. Tünerlər 235 a.g. və 349 Nm verən 2,0 litrlik turbomühərrikin buraxılış və çıxış sistemini dəyişdilər.

İdarəetməni yaxşılaşdırmaq üçün asılqanı RS-R Sports-i koyloverləri ilə təchiz etdilər və standart təkərləri çox məhsuldar Toyo Proxes T1R Sport 265/35 şinləri “geyinmiş” 21 düymlük lehimli HRE P104 diskləri ilə dəyişdilər.

AUTO.AZ



teqlər:
Lexus, Lexus NX, 360 Elite Motorworks 10.11.2014

Şərhlər


AD