Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Toyota Camry artıq Azərbaycanda

04 Noyabr 2014-cü il tarixində Bakıda yeni 2014 Toyota Camry modelinin təqdimat mərasimi olub.

“APA-Economics”in xəbərinə görə təqdimat Bakıda yerləşən “Four Seasons” otelində dəbdəbəli şəkildə baş tutub. Tədbiri açılış nitqi ilə açan “Toyota Bakı Mərkəzi”nin baş direktoru Mustafa Abbasbəyli iştirakçılara “Toyota” şirkəti haqqında bilgilər verib və “Yeni Camry-ni regionda ilk olaraq sizlərə nümaiş etdiyimiz üçün çox  şadıq” deyib.

Toyota Camry şərqi avropada ən çox satılan modellərdən biridir. Bu model 2011-ci ildə bütün dünyada olduğu kimi Azərbaycanda da nümayiş olunub və 32 illik irsin 7-ci nəsli sayılır.

D/E segmentinin satış üzrə lideri olan Camry, 80-dən çox ölkədə, 16 miliyondan   çox satılıb. Ümumiyyətlə Toyota Azərbaycanda ən çox tanınmış və satılmış modellərdən biridir.

Camry-ni irsi davamlılığı, rahatlığı və kefiyyətinə görə Azərbaycanda premium avtomobillər siyahısına daxil etmək olar.

Yeni 2014 Camry modeli 10 ədəd spikeri dinamikli JBL Matrix Premium səs sistemi ilə sürücüyə tam fərqli zovq bəxş edir.

Yeni Camry-nin zahiri görünüşü 7 rəng çalarında olacaq, onlardan Boz metalik və Tünd göy metalik 2014 Camry-nin yeni rəngləridir.

2014 Camry-də aşağıdakı yenilikləri sıralamaq olar:

-    Yeni radiator barmaqlığı.
-    Diodla təchiz edilmiş yeni ön və arxa optika.
-    Yeni ön və arxa bamperlər.
-    Yeni dizaynlı sükan.
-    Yeni monitor.
-    Yeni dizaynlı klimat kontrol.

Təqdimat mərasimində lotoreya oyunu keçirilib. Bu üç mərhələli oyunda uduş yeni 2014 Toyota Camry  üçün 1000 manat, 2000 manat, 3000 manat endirim sertifikatları olub.

TOYOTA BAKI MƏRKƏZİ



teqlər:
Toyota, Toyota Camry 07.11.2014

Şərhlər


AD