Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner nadir sportkar hazırlayıb

Tüninq edilmiş avtomobillərin ən böyük sərgisi olan “SEMA 2014”-də “Vorsteiner” şirkəti alman kupesi “BMW M4”-ün bazasında olan nadir sportkar “GTRS4”-ü təqdim edəcək. Avtomobilin hazırlanması ilə “Vorsteiner”-in Los-Ancelesdəki amerikan bölməsi məşğul olub. Seriyalı model yeni ban detallarının quraşdırılması sayəsində daha fərqli görünür ki, bu detallar da sportkupeni daha aqressiv edir. Dinamikanın da daha aqressiv olması üçün tünerlər alman avtomobilinin texniki hissəsini də diqqətdən kənarda qoymayıblar.

Daha enli qanadlar sayəsində avtomobil qabaqdan 102 mm, arxadan isə 178 mm enli olub və bunlar da aşağı salınmış asma və aerodinamik banın digər hissələri (qabaq bamperdə önlük, yan ətəklər və arxa bamperdə böyük diffuzor) ilə birgə ən güclü “dördlüyü” daha idmansayağı edir. Sportkar, həmçinin spoyleri olan baqaj qapağı, qaz buraxma sistemi üçün dörd ədəd 90 mm-lik boru, karbon dam, müxtəlif enli 20-düymlük döymə disklər, “Pirelli P Nero” şinləri əldə edib. Bundan əlavə, tünerlər “KW” koylover dəsti quraşdırıblar, “ESS Tuning’s E-Tronic” paketi quraşdırmaqla 3,0-litrlik mühərrikin gücünü 550 a.g.-ə çatdırıblar, interyerin bir qədər yeniləyiblər.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, 3D Design 06.11.2014

Şərhlər


AD