Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche Panamera xüsusi versiya alıb

“Porsche Panamera”-nın “Exlusive Series” adlı xüsusi versiyası cəmi 100 ədəd buraxılacaq. Onu 570-güclü “Turbo S Executive” versiyası əsasında hazırlayıblar və beləliklə, ən möhtəşəm “Panamera” 15 sm uzun olacaq.

“Exclusive Series”-i nadir ban rəngindən – qapı tərəflərdə qəhvəyi əlavələri olan qara rəngdədir. Hər bir hetçbek əl ilə rənglənəcək: belə ki, “Porsche”-də bu üsulla rənglər arasında daha rəvan keçidə nail olacaqlarına ümid edirlər. Bundan əlavə, “Panamera” nadir qara rəngli təkər diskləri və ban rəngində havaçıxıntılarının qabaq barmaqlığı alıb.

“Exclusive Series”-in interyerini əl ilə tikilmiş italyan dərisi ilə işləyiblər, oturacaqlardakı perforasiya isə “Porsche”-nin loqotipi şəklindədir. Salondakı dekorativ ağac əlavələr banın aldığı rəng çalarlarına malik olacaq.

“Panamera Exclusive Series”-də salonun arxa hissəsi üçün “Porsche”-nin yeni multimedia sistemi debüt edəcək. Simsiz qulaqcıqlar və “Burmeister” akustikası ilə yanaşı, o, iki ədəd 10,1-düymlük sensorlu monitor, DVD pleyer və internetə mobil qoşulma imkanı ilə fərqlənəcək.

Alıcılar üçün xüsusi opsiya isə çamadan dəsti və nadir dəridən hazırlanan perforasiyalı 5 əşyalı çanta olacaq.

“Porsche Panamera Exlusive Series” Los-Anceles avtosalonunda debüt edəcək.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Panamera 06.11.2014

Şərhlər


AD