Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VMR Wheels-dən BMW 6-Series Gran Coupe

“BMW” markasının çox az pərəstişkarı “M” isimlikli “yüklənmiş” versiya seçir, lakin buna baxmayaraq, onlardan çoxu avtomobilinin daha da fərdi və idman üslubunda olmasını istəyir.

Dördqapılı “6-Series Gran Coupe”-nin də sahibi bu fikirdə idi və 640i modifikasiyasını aldıqdan sonra onun satışdan sonrakı tamamlanması ilə məşğul oldu. Yaxşı tüninq üçün – daha aqressiv asma, böyük disklər və eksklüziv bəzək lazım oldu. Əvvəl “altılığın” banını göy tutqun təbəqə ilə örtdülər və xromlaşdırılmış dekor elementlərindən məhrum etdilər.

Radiator barmaqlığı, pəncərə çərçivələri, qabaq qanadlarda qoymalar və qabaq bamperin splitteri, astanaların yan qoymaları, yük yerinin spoyleri və arxa bamperin diffuzorundan ibarət Arkym aerodinamik asma detalları qara rəngdə işlənib.

Qabaq bamperin reflektorunu banın rənginə və əyləc sisteminin supportlarını sarı rəngə boyayıblar. Daha çox unikallıq üçün arxa fənərləri tündləşdirdilər və zavod disklərini qara çoxmilli VMR Wheels təkərləri ilə əvəz etdilər.

Aşağı klirens və aşağı profilli enli şinlər dəbli alman avtomobilinin idman üslubunu tamamladı.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, VMR Wheels 03.11.2014

Şərhlər


AD