Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“PAŞA Həyat” Almaniyada keçirilən beynəlxalq sığorta forumunda iştirak edib

“PAŞA Həyat Sığorta” şirkətinin nümayəndə heyəti Almaniyanın Baden-Baden şəhərində keçirilən “Təkrarsığortaçıların illik görüşü - 2014” adlı beynəlxalq tədbirdə iştirak edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, forum çərçivəsində Azərbaycanın sığorta şirkətləri xarici tərəfdaşları ilə çoxsaylı işgüzar görüşlər keçirib. Görüşlər zamanı yeni partnyorların tapılması, təkrarsığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 37 ölkənin 214-dən çox nümayəndəsinin qatıldığı beynəlxalq forum çərçivəsində “Azərbaycan gecəsi”də təşkil olunub. Həmin gecədə qonaqlar Azərbaycan sığorta bazarındakı inkişaf və perspektivlər haqda məlumatlandırılıb, eləcə də Azərbaycanın milli mədəniyyəti, musiqisi və milli mətbəxinin nümunələri ilə yaxından tanış olublar.

Xatırladaq ki, forumda “PAŞA Həyat”ı şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, sədr müavini Niyaz İsmayilov və digər struktur rəhbərləri təmsil edib.

Məlumat üçün qeyd edək ki, “Azərbaycan gecəsi”nin sponrsorlarından biri “PAŞA Həyat” şirkəti olub.

Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan

Tel:     (+99412) 567 32 36
Faks:  (+99412) 567 32 39
Mob:    (+99455) 252 41 10

E-mail:  office@pasha-life.az
www.pasha-life.az



30.10.2014

Şərhlər


AD