Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VIP tüninqdə Mercedes-Benz S500 W140

“Mercedes-Benz S500 W140” – təkcə Asiyada feyil, həmçinin ABŞ-da bir çox pərəstişkarları olan yapon VIP-üslubunda avtomobil düzəltmək üçün ideal platformadır. Makoley adında şəxsin malik olduğu məhz bu avtomobilin mövcudluğu barədə xəbər Amerika ştatı Minnesotadan gəldi.

Avtomobilin sahibi 1999-cu ilin sedanını əsasən şou-kar kimi istifadə olunan unikal limuzinə çevirib. VIP-tüninqdən başqa bu layihədə hərəsi öz funksiyasını daşıyan çox sayda müasir sistem var.

Bu sistemlərdən hər biri öz funksiyasını yerinə yetirir, lakin ümumi məqsədə - sərnişinlərin rahatlıq səviyəsini artırmağa yönəlir. Bu möhəşəm limuzində diqqəti birinci yapon atelyesi Wald International-ın aqressiv bodi-kiti cəlb edir.

Yeni qabaq bamper, ventilysiya dəlikləri və geniş təkər yarımhalqaları olan qabaq qanadlar, astanaların başqa qoymaları, hamarlanmış arxa yarımhalqalar, şəklidəyişmiş arxa bamperin altından görünən qazçıxma sisteminin böyük boruları, diodlu işıq texnikası və diodlu işıqla yaxşı uyğunlaşır.

Klassik qara ban rəngi tonlaşdırılmış şüşələr və pəncərələrdə qara deflektorlarla tamamlanıb. Kontrast üçün isə xromlaşdırılmış detallar, aşağı profilli şinlər və enli rəfləri olan müxtəlif enli 20 düymlük Lowenhart LR5 diskləri mövcuddur.

Avtomobilin asılqanını tamamlamaq üçün standart olmayan qərar seçilib. Makoley adi pnevmosistemin yerinə hər təkəri hidravlik sistemlə təchiz edib. Bununla o hər təkərə müxtəlif hündürlük verə bilir.

VIP-üslubun daha bir xüsusiyyəti – təkərlərin mənfi maililik bucağıdır. “Mercedes S500”-ün salonu displey və monitorlarla doludur. Onları tavanda, qabaq oturacaqların başaltılarında, qabaq qoltuqaltının arxa hissəsində, mərkəzi konsolda və hətta sükan dairəsində görmək olar.

Bundan başqa, içəridə qabaq sərnişin üçün taxta stol, qabaq oturacaqların söykənəcəklərində stəkanaltıları olan qatlanan taxta stollar və arxa sərnişinlərin zonalarını ayıran böyük taxta qoltuqaltı meydana gəldi.

AUTO.AZ



Şərhlər


AD