Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABŞ-da 2000 at güclü hiperkar meydana gələcək

Gənc Amerika şirkəti “Trion Supercars” “Bugatti Veyron” və “Koenigsegg One:1”-lə rəqabət apara biləcək hiperkarın yaradılma layihəsinin reallaşma müddətini açıqladı. Kupe “Nemesis”-in təcrübəli prototipləri artıq fevralda meydana gələcək, seriya istehsalına isə şirkət 2016-cı ildə başlayacaq.

Autocar-ın verdiyi məlumata görə, kupe “Trion Nemesis” hiperkar istehsalı tarixində ən böyük mühərriklərdən birini əldə edəcək: kupe üçün hazırlanan V8-in həcmi 9 litrdir.

Belə böyük rəqəm, həmçinin ikili turboyükləyicidən istifadə olunması sayəsində mühərrik 2000 a.g. sürət yığa biləcək. 8-pilləli sekvental sürət qutusu və tam ötürücü sistem ona kömək edəcək. Nəticədə “Nemesis” 100 km/saata sürətlənməyə 2,8 saniyə sərf edəcək.

Onun maksimal sürəti isə 450 km/saat-dır ki, bu da əslində dünya rekordu üçün ərizədir. Mühərrikin böyük çəkisini kompensasiya etmək üçün istehsalçı “Nemesis”-i banın güc strukturu və ban panelləri də daxil olmaqla demək olar ki, bütünlükdə karbondan düzəltməyə hazırlaşır.

Əyləc diskləri də karbon-keramikadan olacaq. Eyni zamanda “Trion”-da avtomobili geniş və rahat etməyə və həcmli yük yeri ilə təchiz etməyə hazırlaşırlar.
“Trion Supercars” təcrübəli nümunələrin istehsalı ilə bir neçə aydan sonra məşğul olacaq.

Seriya istehsalı iki ildən sonra başlayacaq və partiya məhdud sayda – 50 nümunə olacaq. Bununla belə, onların hər birini amerikalılar bir miyon dollardan baha satacaqlar. Qeyd edilir ki, layihənin əsas məqsədi maaliyyə gəliri deyil, hiperkar seqmentində Avropa isthsalçılarının üstün vəziyyətləri barədə mifi ifşa etməkdir.

AUTO.AZ



teqlər:
Trion SuperCars 25.10.2014

Şərhlər


AD