Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW i8 “yüklənmiş” versiya əldə edəcək

“BMW” alman şirkəti 100 illik ildönümü şərəfinə hibrid “BMW i8”-in xüsusi “yüklənmiş” versiyasını hazırlayır. Avtomobil “i8S” adlanır və 2016-cı ildə təqdim olunacaq. Yenilik 2017-ci ildən tez satışa buraxılmayacaq.

Qeyri-rəsmi məlumata görə, avtomobilin kapotunun altında 2,0 litrlik benzin mühərriki quraşdırılacaq. Mühərrikin gücü 320 a.g. təşkil edəcək. Bundan başqa, 3,0 litrlik altısilindrli mühərriklə komplektləşdirilən modifikasiyanın da meydana gələcəyi də istisna edilmir.

Belə mühərikin gücü 480 a.g. olacaq. Yenilik ilk yüzə 3,5 saniyəyə sürətlənəcək. Avtomobilin maksimal sürəti 250 km/saatda məhdudlaşacaq. Avtomobilin qiymətinə gəldikdə isə dəqiq rəqəmlər məlum deyil.

Şirkətdə avtomobilin sələfindən 30 % baha olacağını qeyd edirlər. Bu həqiqətən də belədirsə, onda Avropada “yüklənmiş” hibridin qiymətinin 160 000 avrodan baha olacağını ehtimal etmək olar.

AUTO.AZ



teqlər:
BMW, BMW i8 25.10.2014

Şərhlər


AD