Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Voltage Design-dan Mercedes S65 AMG

“Voltage Design” atelyesi tərəfindən “yüklənmiş” sedan “Mercedes-Benz S65 AMG”-nin yeni tüninq proqramı təqdim olunub. Bu atelye avtomobil üçün yeni bodi-kit hazırlayıb və mühərrikin üzərində işləyib. “S-klass”-ın ən güclü seriya modifikasiyasının tamamlanması üçün dəbli təkər diskləri dəsti, gücləndirilmiş əyləclər və müxtəlif xırda detallar dəsti sifariş vermək olar. Tam tüninq-paket avtomobilin sahibinə 50 min avrodan baha başa gələcək.

Qabaq bamperin splitteri, yan ətəklər, arxa diffuzor və arxa şüşədəki deflektordan ibarət olan banın karbon asmasını 24 900 avro qiymətləndirdilər. Arxa görünüş güzgülərinin korpuslarının qoymaları və qabaq qanadlardakı qoymalar bu qiymətə daxildir, lakin yeni kapot üçün əlavə 3000 avro ödəmək lazım gələcək. Avtomobilin xarici görünüşünü dəyişən daha bir dəbli aksesuar 21 düymlük disklərdir.

Onların boz ikili millərinin arasından qabaqda 420 mm, arxada isə 370 mm diametrli karbon-keramika disklərini əhatə etmiş sarı əyləc supportları görünür. Bu əyləclər 14 850 avro dəyərləndirilir və zavod disklərindən 30 kq az gəlir. 6,0 litrlik V12 biturbo mühərrikinin faydalı iş əmsalını iki müxtəlif səviyyədə qaldırmaq təklif olunacaq. Çox bahalı olmayan paket 3899 avroya başa gələcək və “Mercedes S65 AMG”-nin çıxma gücünü 630-dan 680 a.g.-dək artıracaq.

Bu halda maksimal hərəkət sürəti 300 km/saat təşkil edəcək. Daha çox güc əldə etmək iştəyənlər üçün 7899 avro qiymətində olan ikinci mərhələ əlverişlidir. Bu mərhələ gücü 720 a.g., hərəkət qüvvəsini isə 1000-dən 1150 Nm-dək artıracaq. Maksimal hərəkət sürəti 320 km/saata qalxacaq. Hər iki halda məhsuldarlığı başqa hava filtri, buraxılış sisteminin bir hissəsinin dəyişilməsi və mühərriki elektron idarəetmə blokunun yenidən proqramlaşdırılması sayəsində artırmaq mümkün olacaq.

AUTO.AZ



Şərhlər


AD