Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Prior-Design-dan Mercedes-Benz S-Class

Alman tüneri “Prior-Design” Mercedes-Benz S-Class-ın (W221) növbəti yenilənmiş variantını təqdim edib. “Black Edition V3” adlanan bodi-kit böyük sedanı nadir sportkara çevirməyə imkan verir.

Aqressiv xarici görünüşünə baxmayaraq, avtomobil sərnişinlər üçün maksimal rahatlığını saxlayıb. Yeni aerodinamik ban asması ilə yanaşı, avtomobil sahibləri böyük diamterli təkərlər, eksklüziv işləmələr və dəbli aksessuarlar da sifariş edə bilərlər.

Sedan splitteri olan yeni qabaq bamper, vertikal kəsikləri olan daha enli qabaq qanadlar, fərqli kapot, maksimal kandar əlavələri, arxa qanadlarda təkər arkaları genişləndiriciləri, diffuzoru olan arxa bamper və baqaj qapağının kənarında spoyler alıb.

Şəkildə gördüyümüz avtomobili, həmçinin müxtəlif ölçüləri olan disklərlə və qaz buraxma sistemində cüt borularla təchiz ediblər. Ban tutqun boz rəngdədir və çoxlu sayda qara aksentlər alıb.

“Prior-Design”-a əlavə pul ödədikdə daxili tərtibatı da yeniləmək olar.

AUTO.AZ



Şərhlər


AD