Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes E-klass: ilkin məlumat

Yeni nəsil “Mercedes-Benz E-klass” haqqında ilkin təfərrüatlar məlum oldu. 2016-cı ildə bazara çıxarılacaq yenilik, sələfindən daha yüngül və idman üslubunda olacaq. Bu barədə şirkətin içindəki mənbələrə istinadən Auto Express nəşriyatı xəbər verir.

Bu kompyuter təsvirləri insayder məlumatı əsasında Auto Express nəşriyyatının rəssamları tərəfindən yaradılıb. Yeni “Mercedes E-klass”-ın həqiqətən də belə olacağı mümkündür.

Nəşriyyatın verdiyi məlumata görə, birinci növbədə “Mercedes-Benz E-klass”-ın ölçüləri böyüyəcək. Bu C və S-klass sedanlarının əsasını təşkil edən arxa ötürücülü MRA platformasının istifadəsı sayəsində mümkün olacaq. Arabacıqdan istifadə avtomobilin çəkisini azaltmağa və salonda sərnişinlərin yerini artırmağa imkan verəcək.

Yeni “E-klass” xarici görünüşcə alman markasının flaqmanı – “Mercedes-Benz S-klass”-a oxşayacaq. Firma “gözlüklərinin” qayıtmağını gözləməyə dəyməz, lakin avtomobilin xarici görünüşü daha az çıxıntılı olacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class 23.10.2014

Şərhlər


AD