Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi TT yarış versiyası əldə edəcək

“Audi” şirkəti gələn ildən “TT” modeli üçün “Sport Cup” yarış monoseriyasını buraxacaq. Kubok DTM alman ban çempionatının təqviminə daxil olacaq və Volkswagen Scirocco R-Cup yarışını əvəz edəcək.

Monoklubda 310 a.g. verən ikilitrlik bezin turbo mühərriki və altıpiləli robotlaşdırılmış iki muftalı sürət qutusu ilə təchiz edilmiş “Audi TT”-lər iştirak edəcək. Belə güc qurğusu ilə “yüklənmiş” mülki “TTS” də komplektləşdirilir, lakin yarış variantı əlavə olaraq salondakı düyməni qısa müddətə basdıqda, məsələn, ötüb keçmə üçün, faydalı iş əmsalını 30 a.g. artırır.

Bundan başqa, “Audi TT Sport Cup”-ın qabaq oxunda elektrik idarəetməsi olan aktiv differensial meydana gələcək. Onun işini avtomobilin salonunda tumblerlə tənzimləmək mümkün olacaq. Alman şirkətində əlavə etdilər ki, “TT”-nin yarış variantı cəmi 1125 kq gəlir, mülki “TTS” isə 335 kq ağırdır.

Monokubokun başlanğıcına 24 avtomobil çıxacaq. Onlardan 18-i seriyanın daimi iştirakçıları üçün, altısı isə xüsusi qonaqlar, məsələn, jurnalistlər və ya məşhurlar üçündür. Seriyanın təqviminə altı yarış daxil olacaq, onlardan beşı Almaniyada keçiriləcək. Bir gediş başqa ölkədə keçiriləcək, amma bunun məhz hansı ölkə olacağı daha sonra elan olunacaq.

Həftə sonunda Audi TT Sport Cup-ın iki 30 dəqiqəlik yarışı keçiriləcək. Bütün mövsüm ərzində kubokda iştirak etmək 99 min avroya başa gələcək.

AUTO.AZ



teqlər:
Audi, Audi TT 22.10.2014

Şərhlər


AD