Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda CR-V-ni qışa hazırladı

Honda havaların qəfil soyumasını gözləmədi.Qış gəlməmiş, qışa tamamilə hazır Honda CR-V Azərbaycandadır.Soyuq havalar üçün ən arzulanan xüsusiyyətlər – qızdırılan yan güzgülər, qızdırılan ön oturacaqlar, avtomatik yanıb-sönən faralar, gündüz LED işıqları və tavan dayükrelsləriyeni Honda CR-V-ni yeni mövsüm üçün aktuallaşdırır.

Honda CR-V-ni tanıyanlar bilir ki, avtomobilin salonu rahatlıq, inam və nəzarəti əldə saxlamaq üçün dizayn edilib.Yüksək dəyerlə şən sürücü oturacağı ön, yan və arxa görüntünü tamamilə nəzarətdə saxlamağa imkan verir.

Mərkəzi paneldəki Multi-İnformativ Displey (i-MID) audio trekləri, yanacaq qənaəti statistikasını və digər əsasinformasiyanı göstərir.Sükan çarxındakı düymələr vasitəsiləi-MID və audiosistem, həmçinin kruiz-kontrol vətelefon zəngləri rahatlıqla idarə edilir.ECON düyməsiisə, avtomatik olaraq, nəqliyyatdakı havalandırma kimi sistemləri tənzimləyərək, yanacağa qənaəti yaxşılaşdırır.

CR-V sakit idarə etməni təmin etmək üçün Honda-nın bütün inkişaf etmiş təhlükəsizlik texnologiyalarıilə təchiz olunub.VSA kimi aktiv təhlükəsizlik texnologiyaları toqquşmanın qarşısını alır.Honda-nın eksklüziv passiv təhlükəsizlik texnologiyası olan Advanced Compatibility Engineering (ACE) kuzov strukturu isə ön qəza enerjinisini avtomobilin qabaq hissəsinə bərabər şəkildə paylayaraq sərnişinlərin müdafiəsini yaxşılaşdırır və avtomobilə dəyənzərəri azaldır.

Honda CR-V 2.4 litrlik DOHC i-VTEC mühərrikiilə təqdim olunur.Yeni Operativ Tam Təkər Ötürücülü Ağıllı idarə etmə sistemi sürüşkən yol örtüklərin də əlavə hərəkət qüvvəsini təmin edir.

Honda CR-V-nin qış komplektasiyası rəsmi distribüterdə 31900 AZN-ə təqdim olunur.

Honda Azerbaijan



teqlər:
Honda, Honda CR-V 22.10.2014

Şərhlər


AD