Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MEC Design-dan Mercedes S63 AMG Coupe

“MEC Design”-dan olan alman ustaları yeni sportkar “Mercedes-Benz S63 AMG Coupe”-nin tamamlanması ilə bağlı son layihələrini White Sugar (ağ qənd) adlandırdılar.

Böyük sedan “S-Class”-ın ikiqapılı versiyasının idman xarakterini nəzərə çarpdırmaq və bu avtomobilin bir sıra göstəricilərini yaxşılaşdırmaq üçün ona yalnız lazımi detallar əlavə etdilər.

Ümumilikdə isə kupe “Mercedes S63 AMG” öz original dizaynına və zavod qrğularına maksimal dərəcədə sədaqətli qaldı. Parlaq-ağ avtomobil çox az sayda kontrast qara detallara əlavə olaraq 22 düymlük qara tutqun disklər və kapot və qapılarda səliqəli qara MEC Design yapışqanları əldə etdi.

Aşağı salınmış asılqan sayəsində möhtəşəm sportkar daha da idman üslubunda görünür. Zavod qazçıxma sistemi paslanmayan poladdan olan sistemlə əvəz edilmiş 5,5 litrlik tvin turbo “səkkizliyin” gurultusu təsirli görünüşü tamamlayır.

Yeganə daxili yenilik alman tünerinin loqotipi olan yer xalıları oldu. Güc qurğusunun faydalı iş əmsalı demək olar ki, dəyişməyib. Xatırladaq ki, “Mercedes-Benz S63 AMG Coupe” 577 a.g. və 900 Nm fırlanma anı verir.

Yüzə sürətlənmə vaxtı 4,1 saniyəyə bərabərdir. Son sürət Avropa versiyası üçün 250 km/saat, Amerika versiyası üçün isə 300 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD