Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec tüninqində Lamborghini Aventador

“Novitec Group” tüninq-atelyesinin bir hissəsi olan “Novitec Torado” bölməsi superkar “Lamborghini Aventador LP700-4 Roadster”-i tamamladı. Avtomobil banın tamamilə yeni aerodinamik asmasını və eksklüziv dizaynlı təkər diskləri əldə etdi.

Bundan başqa, tünerlər güc qurğusunun faydalı iş əmsalını bir qədər artırdılar və rodsterin daxili ilə məşğul oldular. Avtomobilin dizaynına gəldikdə, o seriya modelində olduğu kimi qaldı, cüzi yeniliklər isə onun idman xarakterini nəzərə çarpdırdı.

İtalyan superkarının xaricində böyük hava çıxışları dəlikləri və enli splitteri olan yeni qabaq bamper, bir cüt yan ətəklər, arxada böyük palçıq qoruyucu və diffuzoru olan arxa bamper meydana gəlib.

Təkər yarımhalqaları qabaqdan 20 düymlük, arxadan isə 21 düymlük disklərlə doldurulub. Salona yenidən dəri çəkilib, qapılar və cihaz lövhəsi karbon lifi ilə bəzədilib.

6,5 litrlik V12 mühərrikinin çıxışını elektron idaəetmə blokunun yenidən köklənməsi vasiləsilə 700 a.g. və 690 Nm-dən 728 a.g. və 709 Nm-dək artırmaq mümkün oldu. Bundan başqa, “Lamborghini Aventador” sahibləri səsi tənzimləmə imkanı olan buraxılış sistemi sifariş verə bilərlər.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Aventador, Novitec 18.10.2014

Şərhlər


AD