Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar F-Type tam ötürücü əldə edəcək

“Jaguar F-Type” tam ötürücülü versiya əldə edəcək. Fotocasuslar “AWD” isimlikli avtomobili sınaq zamanı çəkiblər. “Аutoexpress”-in verdiyi məlumata görə, tam ötürücü həm kupenin həm də rodsterin çox məhsuldar S və R əlavələri olan modifikasiyalarında əlverişli olacaq. Yəqin ki, tam ötürücü sistemi intelektual, əsas fırlanma anını arxa təkərlərə ötürən olacaq, sürüşmə zamanı isə elektronika vasitəsi ilə qabaq oxa keçiriləcək.

Bundan başqa, tam ötürücünün meydana gəlməsi avtomobilin daha da güclü versiyasını hazırlamaq imkanını yaradır. “F-Type”-ı yəqin ki, bu yaxınlarda Britaniya şirkəti tərəfindən idman avtomobillərinin hazırlanması üçün yaradılmış “Special Vehicle Operations” bölməsində tamamlayacaqlar.

Xatırladaq ki, “F-Type S” rodsterdə 340 a.g., kupedə isə 380 a.g. verən 3,0 litrlik turbo mühərriklə təchiz olunub. “F-Type R”-in kapotunun altında isə rodsterdə və kupedə müvafiq olaraq 495 və 550 a.g. verən 5, 0 litrlik mühərrik yerləşir.

Tam ötürücülü versiyaların dinamik xarakteristikaları hələlik məlum deyil. Arxa ötürücülü versiyada kabrioletin S versiyası üçün sürətlənmə zamanı 0-dan 100 km/saata 4,8 saniyə, R versiyası üçün isə 4,3 saniyədir. Kupedə bu göstəricilər 5,3 və 4,2 saniyədir.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Type 18.10.2014

Şərhlər


AD